NATO-nun mənzil-qərargahında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
NATO-dan verilən açıqlamaya əsasən, Brüsseldə mənzil-qərargahda çalışan yüksək vəzifəli şəxslərdən biri koronavirusa yoluxub.
Məsələ ilə bağlı qərargahda işləyənlərin hamısı məlumatlandırılıb. Əməkdaşlar fəaliyyətlərini evdə davam etdirir.
report.az