ABŞ-ın "R Street İnstitutu"nun baş siyasət direktoru Mazen Salehin FED.AZ biznes xəbər portalına müsahibəsi
Mazan bəy, son vaxtlar bütün bizneslər potensial müştərilərin dəyişən zövq və seçimlərini anlamaq üçün diqqəti istehlakçıya yönəldir. İstehlakçılar tərəfdən baxdıqda, düzgün seçim etmək üçün onlara nə lazımdır?
İstehlakçıların düzgün seçim etməsi üçün onların etibarlı, şəffaf və elmi əsaslara söykənən məlumatlara çıxışı olmalıdır. Məhsulların xüsusiyyətləri, riskləri və fərqləri aydın şəkildə izah edilməlidir ki, insanlar məlumatlı qərar verə bilsinlər.
Eyni zamanda, seçim imkanlarının mövcud olması da vacibdir. İstehlakçılar öz ehtiyac və üstünlüklərinə uyğun alternativləri müqayisə edə bilməlidirlər. Məlumatlı seçim həm istehlakçıların, həm də bizneslərin maraqlarına xidmət edir.
Tütün və nikotin məhsulları bir çox yurisdiksiyalarda mübahisəli məhsul olmaqla yanaşı ciddi tənzimlənir. Bu, istehlakçı seçiminə necə təsir edir?
Məsələ ondadır ki, ümumiyyətlə, tütün və nikotin məhsulları bir çox ölkədə ciddi şəkildə tənzimlənir. Bu məhsullar bəzi ölkələrdə həm leqal, həm də qadağan olunmuş formada özünü göstərir. Məsələn, bir sıra ölkələr bu məhsulların bəzilərinin satışını tam qadağan edib, bəzi ölkələr isə icazə verib. Əgər bu məhsullar qadağan olunursa, istənilən halda insanlar başqa yollarla istifadə etməyə davam edəcəklər. Belə olan halda onlar keyfiyyəti aşağı olan və qaçaqmal yolu, yəni qeyri-qanuni yolla gətirilən məhsullara üz tutacaq. Bu isə istehlakçıların seçim imkanlarına birbaşa təsir göstərir. Effektiv tənzimləmə ilk növbədə ictimai sağlamlığın qorunmasına xidmət etməlidir. Eyni zamanda, istehlakçılar bazarda mövcud məhsulların xüsusiyyətləri və riskləri barədə dəqiq, elmi əsaslı və şəffaf məlumat əldə edə bilməlidirlər.
Qeyd etmək istəyirəm ki, təqdim olunan məhsulların siyahısı nə qədər çox geniş olarsa, həmin o məhsulların satıldığı qara bazar – qanunsuz bazarlar daha çox azalacaq. Amma bunun əksi baş verərsə, təbii ki, vəziyyət ürəkaçan olmayacaq.
Bütün məhsulların tam qadağan olunması və ya onların satışına icazə verilməsindən asılı olaraq bazarda vəziyyət dəyişir. Əgər bu məhsullar tam qadağan olunubsa, təbii ki, qeyri-qanuni idxal olunan və istifadə olunan məhsulların keyfiyyəti və sağlamlığa zərərləri bağlı böyük suallar meydana çıxır.
Məlumdur ki, leqal məhsullar qanuni yollarla ölkəyə gətirilir və onlar ölkəyə daxil olduqda onları yoxlamaq imkanı olur. Amma qeyri-qanuni bazarda bu qeyri-mümkündür.
Elmi əsaslandırılmış tüstüsüz alternativlərə gəldikdə, daha düzgün seçim və sağlamlıq üçün istehlakçıların bu məhsullar barədə düzgün məlumatlandırılması vacibdirmi?
Bəli, istehlakçıların elmi əsaslandırılmış tüstüsüz alternativlər barədə düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Təbii ki, dövlət bunu edir, istehlakçılara ənənəvi siqaretlərin zərərli olduğunu bildirir. Bununla yanaşı, dövlət həmin o alternativlərin də siqaretlərlə müqayisədə daha az zərərli olduğunu bildirməlidir. Eyni zamanda həmin daha az zərərli alternativlərlə bağlı hər hansı tədqiqat aparılıbsa, onların həqiqətən də elmi cəhətdən daha az zərərli olduğu sübut olunubsa, dövlət həmin o tədqiqatlarla bağlı məlumatları da istehlakçılara çatdırmalıdır. Məlumatlar balanslı, dəqiq və müstəqil elmi sübutlara əsaslanmalıdır. İstehlakçılar bu məhsulların həm potensial risklərini, həm də ənənəvi siqaretlə müqayisədə fərqlərini aydın şəkildə bilməlidirlər.
Qeyd etməliyəm ki, ən yaxşı seçim tütün və nikotin məhsullarından tamamilə imtina etməkdir. Lakin bunu etməyən yetkin istifadəçilər üçün elmi əsaslı məlumatlara çıxış məlumatlı seçim etməyə kömək edə bilər. Bu baxımdan, düzgün məlumatlandırma istehlakçı hüquqlarını qorumaqla yanaşı, ictimai sağlamlıq üçün daha faydalı olur.
ABŞ tütün və nikotin məhsullarına riskə əsaslanan yanaşması ilə tanınır. Bu yanaşma nə dərəcədə effektiv olub və ictimai sağlamlığın yaxşılaşdırılması üçün digər ölkələrdə tətbiq edilə bilərmi?
ABŞ-ın Qida və Dərman Preparatları Agentliyi (Food and Drug Administration - FDA) hər zaman məhsulların risklərinin nə qədər davam etməsinə və onların risk əsaslı qiymətləndirilməsinə diqqət ayırır. Bu günədək minlərlə belə məhsul haqqında müraciətlərin daxil olmasına baxmayaraq, indiyə qədər də FDA cəmi 50-yə yaxın məhsul üzrə qərarlar verib. FDA-ya müraciət daxil olduqdan sonra həmin kateqoriyaya daxil olan bütün məhsul növləri üzrə deyil, eyni zamanda o kateqoriyanın bir məhsulu üzrə müraciəti qəbul edilir, dəyərləndirilir və həmin o konkret məhsul üzrə qərar verilir.
Əslində, ABŞ-da mənzərə belədir: ABŞ-da tütün və nikotin məhsulları qadağan olunmadığı üçün istehlakçı bu məhsulların az zərərli olduğunu bilir. Birləşmiş ştatlarda siqaret çəkənlərin xüsusi payı 10 faizdən aşağıdır. Veyplər, yəni elektron siqaretlərdən istifadə edən gənclərin ümumi çəkisi də 10 faizin altındadır. Bu necə mümkün olub? Səbəb odur ki, böyüklər, yəni yetkin yaşına çatan istehlakçılar daha çox zərərli olan siqaretdən uzaqlaşır və alternativ nikotin məhsullarına keçid edir.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor





![[red] Mazan Saleh[/red]: "Qadağalar qara bazarı böyüdür, məlumatlı istehlakçı isə düzgün seçim edir” – [red]MÜSAHİBƏ [/red] | FED.az](upload/news/small/960279.jpeg)
![[red] Mazan Saleh[/red]: "Qadağalar qara bazarı böyüdür, məlumatlı istehlakçı isə düzgün seçim edir” – [red]MÜSAHİBƏ [/red] | FED.az](upload/news/small/743012.jpeg)
![[red] Mazan Saleh[/red]: "Qadağalar qara bazarı böyüdür, məlumatlı istehlakçı isə düzgün seçim edir” – [red]MÜSAHİBƏ [/red] | FED.az](upload/news/small/4667382.jpeg)









