Koronavirus dünyada can almaqda davam edir.
Eləcə də bax: İtaliyada koronavirusun çox sürətlə yayılmasının səbəbləri - AYDIN OLDU
FED.az xəbər verir ki, Çindən dünyaya yayılan virusun ən çox təsir göstərdiyi özündən sonra ikinci ölkə İtaliyadır. Burada pandemiyaya görə ölənlərin sayı 2500-ü keçib.
Virusa yoluxduqdan sonra reanimasiyaya yerləşdirilən və daha sonra karantinə köçürülən 43 yaşlı Daniela de Rosa yaşadıqlarını paylaşıb. İtaliya səfirliyi xanımın paylaşımını sosial mediada böyük kütləyə təqdim edib.
Koronavirusa yoluxan xanım virusun ağciyərlərini məhv etdiyi və nəfəsalmasında ciddi problemlər yaratdığını bildirib:
"Virusdan əvvəl sağlığım yaxşı idi. Uzun müddətdir xəstəliklə mübarizə aparıram. İndi danışacaq vəziyyətə gəlmişəm. Günlərdir cihazla nəfəs alıram. Hadisələrin fərqində olanların sayı çox azdır. Heç kim məsələnin ciddiyyətini dərk etmir. Bəzi insanlar hələ də qorxmur. Elə bilirlər ki, onlara heç nə olmaz. Təhlükənin hansı mərhələdə olduğunu bilmirlər. İstəyirəm ki, hər kəs vəziyyətdən məlumatlı olsun. Gözlərimə diqqətlə baxın. Bu virusun necə bir bəla olduğunu anlayın".
"MediaPost"