Sağlamlıq

Koronavirusa yoluxanların sayı artdı - YENİ RƏQƏMLƏR

Koronavirusa yoluxanların sayı artdı - YENİ RƏQƏMLƏR | FED.az
18:58 13 Sen 2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb,  149   nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. 

Xatırladaq ki, sentyabrın 7-də Azərbaycanda 89 nəfər, sentyabrın 8-də 139 nəfər, sentyabrın 9-da 175 nəfər, sentyabrın 10-da 142 nəfər, sentyabrın 11-də 163 nəfər, sentyabrın 12-də 135 nəfər virusa yoluxma qeydə alınıb. 

Digər xəbərlər