Azərbaycanda bu gün koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az-ın xəbərinə görə, bu barədə Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
Hazırda xəstəxanalarda aktiv xəstə sayı 2076 nəfərdir.