Azərbaycan Respublikasına idxal edilən toxumluq və ərzaqlıq kartof məhsuluna yeni tələblər müəyyən edilib.
FED.az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verilib.
Yeni tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub.
Bildirib ki, Payız mövsümündən etibarən, kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas idxal tələbləri nəzərə alınaraq, ümumilikdə pomidor 25, kartof 25, soğan 20, şaftalı və nektarin 19, alma, armud, ərik, albalı, gavalı 18, nar və zoğal 12, xurma 10 zərərli orqanizmə görə müəyyən ediləcək ki, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər.