İtaliyanın Ferrara və ətrafındakı ərazilərində yaşayan sakinlərində COVİD-19 virusuna qarşı immunitet aşkarlanıb.
Eləcə də bax: Koronavirusa yoluxmuş italiyalı xəstə: "Məsələnin ciddiliyini dərk etmirlər"
FED.az xəbər verir ki, bu barədə İtaliyanın "La Nuova Ferrara" nəşri xəbər yayıb.
Belə ki, Emilia-Romanya əyalətində 14 mindən çox, Ferrarada isə cəmi 307 yeni növ koronavirusa yoluxan var. Bu məlumatları Mülki Müdafiə xidmətinin komissarı Serjio Venturi təsdiqləyib. Onun sözlərinə görə, digər əyalətlərlə müqayisədə Ferrara koronavirusa qarşı müqavimət göstərə bilir.
Komissarın sözlərinə görə, qonşu Bolonyada yoluxma halları müqayisə edilməz dərəcədə çoxdur.
Bundan öncə Minnesota Universitetinin tədqiqatçıları rentgen kristalloqrafiyasının vasitəsi ilə koronavirus və Ace-2 hüceyrə zülallarının üçölçülü sxemlərini əldə ediblər. Bu model alimlərə infeksiyanın replikasiyası baş verərək bir şəxsdən digərinə keçməsinə qədər SARS-CoV-2-ni neytrallaşdıran potensial dərmanlar tapmaqda kömək edəcəkdir.
Unikal