Gürcüstanda koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündən 8 günədək azaldılıb.
Eləcə də bax: Gürcüstan nə edib ki, orada koronavirusa yoluxanların və ölənlərin sayı azdır?
FED.az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib. Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərarı dəstəkləyib.
Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxarsa, o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.
Qeyd edək ki, Gürcüstanda karantin müddəti 14 gün olub və hökumətin qərarı ilə avqustun 13-də 12 günədək azaldılıb. (Azərtac)