“Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq”.
Eləcə də bax: Çinlilərin Rusiyaya girişi - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.
Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyə olunması barədə qərar qəbul olunacaq. Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.
Nazir qeyd edib ki, koronavirusun Gürcüstan ərazisinə keçməsi riskini minimallaşdırmaq üçün bütün lazımı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Çində koronavirusun əsas yayılma ocağı olan Uhan şəhərində beş Gürcüstan vətəndaşı var.
Report