Fransada son iki həftədə karantin rejiminin pozulmasına görə yazılan cərimənin məbləği açıqlanıb.
FED.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.
Eləcə də bax: Fransada koronavirus pandemiyasının - PİK DÖVRÜ BAŞLAYIB
Nazirin sözlərinə görə, martın 17-dən başlayaraq karantin rejiminə riayət etməməyə görə 359 min avro cərimə yazılıb. K.Kastaner bildirib ki, polis ümumilikdə 5,8 milyon vətəndaşı saxlayıb.
Qeyd edək ki, hərəkət məhdudiyyətini pozanlara qarşı cərimə 135-3 750 avro arasıdır.
Qeyd edək ki, Fransada koronvirusa yoluxanların rəsmi sayı 52,1 mindən çoxdur. Virus qurbanlarının sayı isə 3 500-ü ötüb.
Report