"CoronaVax vaksininin ən böyük avantajı immun sistemimizə təsir edərək antitellərin yaranmasına səbəb olmasıdır. Güvəniləndir və fəsadlar yaratmaz. Hazırda bu virusla bağlı 3-cü fazada işlər gedir".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
"Çox sayda aparılan araşdırmalar nəticəsində 95-97 faiz effektivdir. Türkiyə də bu vaksinlə bağlı araşdırmlar aparır. Bu vaksin normal temperaturda da daşına bilir. Digər vaksinlərdə isə soyuq zəncir prinsipi gözlənilməlidir",- o bildirib. (Report)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








