Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.
Bir sıra xəstəliklər üzrə dərmanlar sığortaya daxil edilə bilər
AEM-dən FED.az-a verilən xəbərə görə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına icazənin verilməsindən imtina halları müyyən edilib. Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.