ABŞ başqa ölkələrlə vaksinləri bölüşməkdən imtina edib.
FED.az xəbər verir ki, bütün ameriknalara vaksin vurulmayana qədər hökumət ölkədən vaksin ixracına icazə verməyəcək. Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. O bildirib ki, ABŞ vaksin verilməsi ilə bağlı Meksikanın sorğusuna da baxmır.
Onnu sözlərinə görə, ABŞ üçün əsas məsələ bütün amerikanların vaksinləşməsidir. Bu məqsəd yerinə yetiriləndən sonra ABŞ başqa ölkələrə də vaksin ixracı məsələsinə baxa bilər.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da «Johnson & Johnson» şirkətinin vaksininin də istifpadəsinə icazə verilib.