Fransada daha əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb.
Eləcə də bax: "Çində 130 nəfər - VİRUSDAN SAĞALIB"
FED.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran açıqlama verib.
Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır. “Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib”, - Səhiyyə naziri deyib.
Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi 1-i dünyasını dəyişmişdi.
Qafqazinfo