Bu gündən etibarən koronavirus təhlükəsi ilə Azərbaycanın bir sıra şəhər və rayonlarına giriş-çıxış bağlanıb.
FED.az xəbər verir ki, noyabrın 7-dən başlayaraq dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla,
Sabirabad şəhərinə,
Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə,
Mingəçevir,
Şəki,
Lənkəran şəhərlərinin,
Ağstafa,
Qax,
Zaqatala,
Biləsuvar,
Cəlilabad,
Masallı,
İsmayıllı,
Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.