Səhiyyə Nazirliyinin öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaradılır.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilir. “İnnovasiya və Təchizat Mərkəzi” TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə iş, xidmət, mal-material və digər ləvazimatların alışı ilə məşğul olacaq. Səhiyyə Nazirliyi isə öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaradacaq.