Banner

Sağlamlıq

Azərbaycanda virusa yoluxanların və ölənlərin sayı - YENİDƏN ARTDI - RƏQƏMLƏR

Azərbaycanda virusa yoluxanların və ölənlərin sayı - YENİDƏN ARTDI - RƏQƏMLƏR | FED.az
19:36 27 Fev 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.

FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Xatırladaq ki, dünən fevralın 26-da 219 yoluxma və 4 ölüm qeydə alınmışdı.  

Azərbaycanda indiyədək ümumilikdə 234 276 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3218 nəfər vəfat edib, aktiv xəstə sayı 2398 nəfərdir.

Ölkədə son sutka ərzində 7873, hazırkı dövrədək isə 2 591 235 test aparılıb.

Banner

Digər xəbərlər

Banner