Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi müəyyənləşib.
Halal dərmanlar digər dərman vasitələrindən ayrı daşınacaq və saxlanılacaq - RƏSMİ
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilir:
- dərman vasitəsinin latın qrafikasında əmtəə nişanı adı;
- dərman vasitəsinin ingilis dilində beynəlxalq patentləşdirilməmiş adı;
- dərman vasitəsinin təsiredici maddəsinin dozası;
- dərman vasitəsinin farmasevtik forması;
- dərman vasitəsinin ticarət qablaşdırılması;
- dərman vasitəsinin qablaşdırılma miqdarı;
- dərman vasitəsinin orijinal və ya generik olması;
- dərman vasitəsinin reseptlə və ya reseptsiz buraxılması;
- dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);
- dərman vasitəsinin dövlət reyestrinə daxil edildiyi tarix və reyestr nömrəsi (olduğu halda);
- dərman vasitəsinin istehsal həcmi;
- dərman vasitəsinin yararlılıq müddəti;
- dərman vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- dərman vasitəsinin istehsalçısının VÖEN-i.
Azərbaycanda istehsal olunan dərman maddələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların isə dairəsi aşağıdakı kimi müəyyən edilir:
- dərman maddəsinin beynəlxalq patentləşdirilməmiş adı;
- dərman maddəsinin qablaşdırılması;
- dərman maddəsinin yararlılıq müddəti;
- dərman maddəsinin istehsal həcmi;
- dərman maddəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- dərman maddəsinin istehsalçısının VÖEN-i.
Qərara əsasən, həmçinin Azərbaycanda istehsal olunan tibb vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilir:
- tibb vasitəsinin əmtəə nişanının adı;
- tibb vasitəsinin risk dərəcəsi;
- tibb vasitəsinin növü və qablaşdırılması;
- tibb vasitəsinin istifadə forması;
- tibb vasitəsinin tərkibində dərman vasitəsi olduqda bu dərman vasitəsinin təsiredici maddəsi və dozası barədə məlumatlar;
- tibb vasitəsinin yararlılıq müddəti;
- tibb vasitəsinin istehsal həcmi;
- tibb vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- tibb vasitəsinin istehsalçısının VÖEN-i.