Aqrar Tədarük və Təchizat
Satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 13 sen 2026 - [email protected]
“Aqrar tədarük və təchizat” ASC “Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edir!
Vəzifə öhdəlikləri:
- Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
- Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
- Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
- Mal, iş və xidmətlərin alınması üçün iş həcmlərinin və şərtlər toplusunun hazırlanmasına nəzarət etmək və onların qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Qurumun struktur bölmələri ilə koordinasiyalı şəkildə illik satınalma planlarının formalaşdırılması;
- İcra edilmiş satınalmalara və təchizarçılara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
- Dövlət Satınalmalarının vahid internet portalında (etender.gov.az) elanın, sənədlərin və məlumatların vaxtında yerləşdirilməsinə nəzarət etmək;
- Satınalmalar üzrə sənəd dövriyyəsini, protokol və müqavilə layihələrinin hazırlanmasını təşkil etmək;
- Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
- Satınalma fəaliyyəti üzrə hesabatların, illik təhlillərin və təkmilləşdirmə üzrə təkliflərinin hazırlanması;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, biznesin idarəedilməsi və s. üzrə təhsil);
- “Dövlət satınalmaları haqqında” Qanun, “Qərarlar” və əlaqədar normativ-hüquqi aktlar üzrə biliklər;
- Azərbaycan dili (sərbəst səviyyədə), ingilis dili/rus dili biliyi (yüksək səviyyədə);
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi (Dövlət Satınalmaları üzrə təcrübə üstünlükdür);
- MS Office proqramlarında (xüsusən Excel və Word) işləmək bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi sənədlərlə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması;
- Satınalmalar sahəsində sertifikatlara sahib olmaq üstünlükdür (CİPS, PMP, CIPP və s.).
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis” yazaraq “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Hüquq şöbəsinin müdiri / baş hüquqşünas / hüquqşünas
Son tarix 13 sen 2026 - [email protected]
“Hüquq şöbəsinin müdiri / baş hüquqşünas / hüquqşünas” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Əgər hüquqi biliklərinizi real biznes mühitində tətbiq etmək, peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması;
- Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi;
- Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
- Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması;
- Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması;
- Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması;
- Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi;
- Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili;
- Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi;
- Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi;
- Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması.
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Hüquq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
- Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Korporativ hüquq, müqavilə hüququ və inzibati hüquq sahələri üzrə dərin biliklər;
- Müqavilələrin hazırlanması və hüquqi ekspertizasının aparılması üzrə praktiki təcrübə;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini yüksək səviyyədə bilməsi;
- Yüksək idarəetmə, liderlik və komanda idarəetmə bacarığı;
- Güclü hüquqi təhlil, araşdırma və analitik düşünmə qabiliyyəti;
- Operativ qərarvermə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik;
- Stresə davamlılıq;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı.
- Peşəkar yanaşma və nəticəyönümlülük;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Hüquq şöbəsinin müdiri / baş hüquqşünas / hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.














