Dünya bazarında Azərbaycan nefti yenidən ucuzlaşıb.
FED.az biznesvə maliyyə xəbərləri portalı xəbər verir ki, avqustun 14-də Londonda keçirilən hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiymət 1,42 dollar və ya 1,51% azalaraq 92,55 dollar təşkil edib.
Bu son bir həftədə neftin ən aşağı qiymətidir.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.












