Süni intellektin bizneslərdə tətbiqi ilə bağlı növbəti maraqlı əhvalat qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, San-Fransiskoda «Andon Market» adlanan pərakəndə satış mağazasının idarə edilməsi tapşırılan Claude süni intellekti ilk işçini işdən qovub- bu süni intellektin tətbiqindən sonra ilk belə hal və analitiklərin fikrincə dönüş nöqtəsidir.
İndiyədək bəzi biznes proseslərin süni intellektə tapşırılması adi hala çevrilib. Amma mağazanın idarəçiliyinin Aİ-yə həvalə edilməsi ilk dəfə idi və bu süni intellekt sahəsində araşdırmalar aparan Andon Labs startapının ideyası idi.
Andon Labs startapı AI agentlərinin biznesi uğurla idarə edib-edə bilməyəcəyini yoxlamaq istəyirdi. Əvvəlcə sadəcə eksperiment kimi düşünülən layihəyə əsasən Claude süni intellktinə San-Fransiskodakı mağazanı idarə etmək tapşırılıb. Bu mağazanın bütün əməkdaşları real insanlardır. Yeri gəlmişkən, süni intellktə təkcə mağazanın biznesini idarə etmək deyil, həm də şəxsi heyəti, əməkdaşları da idarə etmək həvalə edilmişdi.
Bir neçə aydan sonra «Claude» işçilərdən birini, tez-tez işə gecikən əməkdaşı işdən azad edib. «Andon Labs»ın məlumatına görə, söhbət gedən işçi olduqca intizamsız olub. O, mağazadakı 23 növbədən 17-sində işə gecikib.
Maraqlıdır ki, Süni intellkt işçinin belə yüksək intizamsızlığını gec görüb. Səbəb odur ki, işçilərin təlimatı ilə bağlı sənəd sistemin yaddaşından kənarda qalıb. Onu xatırlatdıdan sonra isə sistem dərhal işçini işdən azad edib. Ən maralısı odur ki, mağaza işçilərinin dediyinə görə, Claude ümumiyyətlə çox «rəhmli» menecer olub. Həddən artıq loyal olaraq, hətta işçilərə “geciksən də, problem yoxdur” deyirmiş.
Amma işdən azad edilən işçinin intizamsızlığı işçiləri də əsəbiləşdirirmiş, işçilərdən biri bildirib ki, menecer insan olsaydı bu işçini çoxdan işdən çıxarardı.
«Andon Market»də qalan işçilərdən biri – Feliks Karson da təsliqləyib ki, Claude ümumiyyətlə güzəştli rəhbərdir və əgər mağazanın meneceri insan olsayda həmin işçini daha tez qovardı. Amma işçilər AI rəhbərliyi altında işləməyi birmənalı olaraq mənfi sayırlar: “İyrənc vəziyyətdəir, amma nə edək, işə ehtiyacım var».
Eksperiment apararaq marketi süni intellektə tapşıran «Andon Labs»-ın baş direktoru Lukas Petersson deyir ki, bu hadisə gələcək üçün siqnaldır, çünki süni intellekt indiki tempdə inkişaf etməyə davam etsə, yaxın gələcəkdə daha çox insan AI rəhbərliyi altında işləyə bilər. Onun sözlərinə görə, AI çox güclü olacaq və böyük iqtisadi dəyər yarada biləcək, amma fiziki əməklə bağlı məhdudiyyətləri qalacaq. Ona görə də insanlar tezliklə AI-nin “rəhbərliyi” altında işləməyə başlaya bilərlər.
Amma Petersson xəbərdarlıq edir ki, bu insan işçiləri üçün pis xəbər ola bilər. Petersson deyir: «Modellər getdikcə daha amansız olmağa və məqsədlərə sadiq qalmağa öyrədilir. Əgər onlara insanları işdən çıxarmağa icazə versək və onlar daha da amansızlaşsalar... bəlkə də bu, insanların yaşamaq istəməyəcəyi gələcək olar».
O ki qaldı real biznesə, yəni mağazanın idarə edilməsinə, ilkin nəticələr göstərir ki, Süni İntellket hələlik yaxşı sahibkar olmağı öyrənməyib. Belə ki, mağazanın Claude-a idarəetməyə verilməsindən sonra onun satışları azalıb. Mart ayında layihə başlayanda «Andon Market»in bank hesabında 100 min dollar var idi. Beş ay sonra bu məbləğ 61 186 dollara düşüb. Eksperimeti aparanlar deyir ki, itkilərin səbəbi botun yumşaq idarəetmə qərarları və şübhəli biznes duyumu olub.












