Azərbaycanda əhalinin 34 faizi koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunub.
FED.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib. Vaksinasiya olunmayanlar isə hələ ki, ölkə əhalisinin 66 faizini təşkil edir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın avqust ayının 18-nə olan statistikasına görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə vaksin olunanların sayı 3 milyon 526 min 467 , ikinci mərhələ üzrə isə 2 milyon 406 min 267 nəfər təşkil edir.