Sağlamlıq

Azərbaycanda daha COVID-19-a yoluxanların - SAYI ARTDI

Azərbaycanda daha COVID-19-a yoluxanların - SAYI ARTDI | FED.az
16:22 26 Sen 2020

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə FED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 787-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub.

Digər xəbərlər

Banner