Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov "Referans Medical Group" MMC-in dəvəti ilə Referans Medical Group və Anadolu Sağlıq Mərkəzi Johns Hopkins arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak edib.
FED.AZ xəbər verir ki, Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev və Anadolu Sağlıq Mərkəzi Johns Hopkinsin nümayəndəsi Fatih Bünül tərəfindən imzalanan müqaviləyə əsasən Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Hayat Hospitalda Anadolu Sağlıq Mərkəzi Johns Hopkins-in rəsmi nümayəndəliyi fəaliyyət göstərəcək.
Bu əməkdaşlıq çərçivəsində pasiyentlər yüksək beynəlxalq standartlara cavab verən diaqnostika və müalicə xidmətlərinə yerli şəraitdə çıxış imkanına malik olacaqlar. Türkiyə və Amerika səhiyyə protokollarına əsaslanan müasir müalicə metodları, ixtisaslı həkim heyəti və qabaqcıl texnologiyalar artıq Referans Hayat Hospitalda əlçatandır.
Referans Hayat Hospital və Anadolu Sağlıq Mərkəzinin birgə fəaliyyəti xaricdə müalicə keyfiyyətini Azərbaycana gətirərək pasiyentlər üçün rahat və etibarlı xidmət təmin edir.












