26-27 sentyabr tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.
AQTA “Pak Dad” kafesində nöqsanlar aşkarladı - SİYAHI
FED.az AQTA-ya istinadən xəbər verir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
İctimai iaşə müəssisələri |
|||
“Sultan” şadlıq evi |
Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2403-cü məhəllə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
“Viktoriya” şadlıq evi |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, Ukrayna dairəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
|
“Limon” restoranı |
Lənkəran rayonu, Gərmətük qəsəbəsi |
Obliqat qrupuna daxil olan işçilər ilkin və dövri tibbi müayinədən keçməməsi |
|
“Maraka Playstation Club” |
Lənkəran şəhəri, Q.Xiyabani küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |