13 mart tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.
FED.az bu barədə AQTA-ya (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri |
|||
1 |
“Sərhədçi” market |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Əsmər” market |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
“Bizim Məhəllə” market |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 81 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
“Ağa” market |
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
“Nar” market |
Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk pr., ev 56 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
“Çinarlı” market |
Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk pr., ev 1 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
“Elmar” market |
Sumqayıt şəhəri, 21-ci məhəllə |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
“Yeni” market |
Sumqayıt şəhəri, 9-cu mkr |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
Məmmədov Hafiz Yusif oğluna məxsus mağaza |
Xaçmaz rayonu, Niyazoba kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
Səfərov Bəxtiyar Yaqub oğluna məxsus mağaza |
Lənkəran rayonu, Vilvan kəndi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
Seyfullayev Çingiz Bayram oğluna məxsus şərab evi |
Lənkəran şəhəri, P.Təhməzov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
“Ümid Sevil” market |
Gədəbəy şəhəri, H.Əliyev prospekti 1 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
13 |
“Qəbələ Təndir” restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk pr., ev 182 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |