Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.
AQTA restoran sahiblərinə - MÜRACİƏT ETDİ
Agentlikdən FED.az-a verilən məlumata görə, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq ilə bağlı 1 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Gəncə" market |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri |
|||
2 |
"Manqal Dönər" restoranı |
Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 29 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Xan Qızı" restoranı |
Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 5 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Papaq meydan" kafesi |
Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 23A |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
"Star" restoranı |
Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 8B |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
"Kənd Qəbələ" kafesi |
Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 7 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
"Masallı hotel" restoranı |
Masallı şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
"Qızılgül" restoranı |
Masallı şəhəri, H.Əliyev prospekti |
1. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 |
Həsənov Xoşbəxt Allahverən oğluna məxsus yeməkxana |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |