Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür:
“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib. (Apa)













