ABŞ Dövlət Departamenti koronavirusun yayılması səbəbindən ABŞ vətəndaşlarına Türkmənistan və Azərbaycana getməməyi tövsiyə edib.
Eləcə də bax: İrandan qayıdan daha üç azərbaycanlıda - KORONAVİRUS TAPILDI
FED.az xəbər verir ki, Dövlət Departamentinin məlumatına görə, Azərbaycanda 6 koronavirusa yoluxma halı aşkarlanıb. Türkmənistanda isə belə hal olmayıb, amma departament bu ölkəyə getməmək tövsiyəsini burada görülən tədbirlərlə izah edib. Belə ki, Dövlət Departamenti öz vətəndaşlarına xəbərdarlıq edib ki, bütün beynəlxalq reyslər Aşqabaddakı əsas aeroportda deyil, buradan 400 km məsafədəki Turkmənabad şəhərinə (keçmiş Çardcou şəhəri) yönəldilib. Burada isə şübhə olduqda xəstə yerli tibb müəssisələrinə yerləşdirilir. Problem də bununla bağlıdır: «Türkmənistanda müalicə metodları ABŞ standartlarına uyğun deyil, sərnişinləri koronavirusla əlaqəsi olmayan analizlər verməyə məcbur edə bilərlər. Sizə COVID-19-a aidiyyatı olmayan bütün testlərdən imtina etməyi məsləhət görürük»-deyə Dövlət Departamentinin Türkmənistanla bağlı açıqlamasında deyilir.
Azərbaycana gəlincə, departament bildirir ki, bu ölkədə də tibbi yardım standartları ABŞ tələblərinə cavab vermir.