Azərbaycanda xarici valyutada verilmiş kreditlərin coğrafi bölgüsü bu seqmentdə kəskin mərkəzləşmə olduğunu və maliyyə axınlarının demək olar ki, tamamilə paytaxtın nəzarətində olduğunu göstərir.
FED.az Mərkəzi Bankın açıqladığı rəqəmlər əsasında bu qənaətə gəlir.
Son statistikaya əsasən, ölkə üzrə xarici valyutada verilən kreditlərin ümumi həcmi 4 milyard 264,3 milyon manat ekvivalentində olub. Bu nəhəng məbləğin 4 milyard 137,2 milyon manatı və ya təxminən 97%-i yalnız Bakı şəhərinin payına düşür.
Paytaxtdan kənarda isə mənzərə tamamilə fərqlidir. Bakıdan sonra ikinci yerdə qərarlaşan Sumqayıt şəhərində xarici valyutada cəmi 41,8 milyon manat kredit verilib ki, bu da paytaxtla müqayisədə təqribən 100 dəfə azdır.
Regionlar üzrə ilk onluqda yer alan digər şəhər və rayonların payı isə daha da cüzidir:
-
Zaqatala rayonu – 26,8 milyon manat
-
Gəncə şəhəri – 18,5 milyon manat
-
Şirvan şəhəri – 10,9 milyon manat
-
Qazax rayonu – 4,5 milyon manat
-
Ağdaş rayonu – 4,4 milyon manat
-
Quba rayonu – 3,2 milyon manat
-
Qəbələ rayonu – 2,9 milyon manat
-
Xaçmaz rayonu – 2,7 milyon manat