FED.az TENDER xəbər verir ki, 2018-ci il ərzində rayonda qurumlar tərəfindən 15 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 1 mln 195 min 617 manat təşkil eidb.
Ən çox tender keçirən təşkilat Sabirabad Regional Mədəniyyət İdarəsi olub. Bu təşkilatın xətti ilə ümumi məbləği 499 min 158 manat olan 10 tender keçirilib. Və maraqlıdır ki, 9 tenderin qalibi Azərbaycanda dövlət tendrləri üzrə “Çenpion” olan “İnpeks.N” MMC şirkəti qalib gəlib. Tenderlərin yekununa görə, həmin şirkətlə ümumi məbləği 398 min 186 manat dəyərində olan 9 müqavilə bağlanıb. Qalan 1 müqavilə isə “Piramida-F.R” MMC ilə 100 min 972 manat dəyərində bağlanan müqavilə olub.
Eləcə də bax: Mingəçevirdə dövlət tenderlərini kim udur? – SİYAHI, MƏBLƏĞLƏR
Rayonda 3 tenderi isə Sabirabad İcra Hakimiyyəti keçirib. Ümumi məbləği 686 min 913 manat olan bu tenderləri də cəmi 1 şirkət - “Eleqant F Qroup” MMC qazanıb.
Rayonda ən kiçik məbləğli tenderi (9,5 min manat) Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi keçirib və onun qalibi “Ceyhun-71” MMC olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi | Ceyhun-71 MMC (22.10.2018) |
İnzibati binanın cari təmiri işləri | 9 545 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | Piramida-F.R MMC (12.09.2018) |
Sabirabad Regional Mədəniyyət İdarəsinə aid olan obyektlərdə cari təmir işləri | 100 972 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC (08.06.2018) |
Mətbəə xərcləri üzrə | 8 585 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC (08.06.2018) |
Kommunal və kommunikasiya xidməti ilə bağlı xərclər üzrə | 33 000 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC (22.05.2018) |
Dəftərxana və təsərrüfat malları | 66 589 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC (22.05.2018) |
Avadanlıqlar | 61 641 |
Sabirabad Regional Mədəniyyət İdarəsi | İnpeks.N MMC (22.05.2018) |
Bərk inventarlar | 90 748 |
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi | İnpeks.N MMC (27.04.2018) |
Digər maşın və avadanlıqlar | 42 550 |
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi | İnpeks.N MMC (27.04.2018 |
Yumşaq inventarlar | 27 823 |
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi | İnpeks.N MMC (27.04.2018 |
Sair xərclər üzrə | 47 914 |
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi | İnpeks.N MMC (27.04.2018 |
İdarənin xərcləri üzrə | 19 336 |
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Eleqant F Qroup MMC (28.02.2018) |
Mənzil fondunun əsaslı təmiri işləri | 97 989 |
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Eleqant F Qroup MMC (28.02.2018) |
Yolların əsaslı təmiri işləri | 198 078 |
Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Eleqant F Qroup MMC (28.02.2018) |
Abadlıq işləri | 390 846 |