"Mingəçevir Texniki Rezin" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri xəbər verir ki, yığıncaq 1 may 2026-cı il tarixdə saat 12:00-da Mingəçevir şəhəri, Samux küçəsi 15 ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması, 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi, həmçinin cəmiyyətin ləğv edilməsi barədə qərarın qəbul edilməsi məsələləri daxil edilib.
Bundan başqa, gündəlikdə ləğvetmə komissiyasının yaradılması və onun sədr və üzvlərinin müəyyən edilməsi, eləcə də dövlət orqanlarında sənədlərin qeydiyyata alınması üçün səlahiyyətli şəxsin təyin olunması məsələləri də yer alır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər də müzakirə ediləcək.
Ümumi yığıncaqda iştirak edən səhmdarların şəxsiyyətlərini təsdiq edən sənədlə iştirak etmələri vacibdir. Əks halda onların iclasda iştirakı qeydə alınmayacaq.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 310-60-20.











