"Bakı Məişət Maşınları" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 30 aprel 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə bir neçə məsələ daxil edilib. Bunlar arasında 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiqi, həmçinin cəmiyyətin ləğv edilməsi ilə bağlı qərarın qəbul edilməsi də var.
Bundan başqa, gündəlikdə ləğvetmə komissiyasının yaradılması, komissiyanın sədr və üzvlərinin müəyyənləşdirilməsi, həmçinin dövlət orqanlarında sənədlərin qeydiyyata alınması üçün səlahiyyətli şəxsin təyin olunması məsələləri də yer alır. Həmçinin qanunvericiliklə nəzərdə tutulan digər məsələlər də müzakirə edilə bilər.
Ümumi yığıncaqda iştirak etmək istəyən səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədlə iştirak etməlidirlər. Əks halda onların iclasda iştirakı qeydə alınmayacaq.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 215-76-17.












