2025-ci ildə Azərbaycanda əsas kapitala investisiya qoyuluşunun ən az olduğu rayon və şəhərlərin siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iri layihələrin və dövlət investisiyalarının cəmləşdiyi bölgələrdən fərqli olaraq, cədvəlin son sıralarında yer alan ərazilərdə bu göstəricilər daha aşağıdır.
Siyahıda ən aşağı investisiya cəlb edən bölgələrə nəzər saldıqda, Naftalan şəhəri 3 milyon 541 min manatlıq göstərici ilə sonuncu – səkkizinci yerdə qərarlaşıb. Ondan bir qədər yuxarıda, yeddinci sırada 4 milyon 639 min manatlıq investisiya ilə Qax rayonu, altıncı sırada isə 5 milyon 653 min manatla Yardımlı rayonu yer alır.
Sıralamanın davamında Qazax rayonuna 7 milyon 530 min manat, Şabran rayonuna 8 milyon 233 min manat, Goranboy rayonuna isə 8 milyon 443 min manatlıq investisiya qoyulub.
İnvestisiya qoyuluşunun azlığına görə siyahının ilk iki pilləsində, yəni investisiya cəlb edən ən aşağı bölgələr arasında Lerik rayonu 9 milyon 228 min manatla, Qobustan rayonu isə 9 milyon 478 min manatla qərarlaşıb.











