Azərbaycanda milli valyutada kredit portfelinin ən kiçik olduğu iqtisadi rayonlar müəyyənləşib.
FED.az xəbər verir ki, milli valyutada verilən kreditlərin həcminə görə ən aşağı göstəricilər Şərqi Zəngəzur və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb.
Cəmi (Ümumi portfel) üzrə milli valyutada ən aşağı məbləğlər:
Ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonundadır – 17 milyon 484 min manat (18,86%).
Siyahıda sondan ikinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – 207 milyon 816 min manat (20,19%).
Mil-Muğan iqtisadi rayonu 355 milyon 760 min manat (19,41%) həcmlə üçüncüdür.
Növbəti yerlərdə Şirvan-Salyan (453 milyon 353 min manat; 20,07%) və Naxçıvan (495 milyon 70 min manat; 15,20%) iqtisadi rayonları gəlir.
Qısamüddətli kreditlər üzrə:
Milli valyutada ən az qısamüddətli kredit Şərqi Zəngəzur iqtisadi rayonunda verilib – 5 milyon 229 min manat (15,07%).
Dağlıq Şirvan iqtisadi rayonu 6 milyon 501 min manat (21,18%) ilə ikinci olub.
Şirvan-Salyan iqtisadi rayonu 11 milyon 622 min manat (19,77%) göstərici ilə üçüncüdür.
Beşliyi Naxçıvan (14 milyon 762 min manat; 14,52%) və Quba-Xaçmaz (19 milyon 659 min manat; 18,30%) iqtisadi rayonları tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Bu kateqoriyada da ən aşağı göstərici Şərqi Zəngəzurda qeydə alınıb – 12 milyon 255 min manat (20,47%).
Dağlıq Şirvan iqtisadi rayonu 201 milyon 315 min manat (20,16%) məbləğlə ikinci sıradadır.
Mil-Muğan iqtisadi rayonunda uzunmüddətli kreditlərin həcmi 318 milyon 296 min manat (19,83%) təşkil edib.
Siyahının davamında Şirvan-Salyan (441 milyon 731 min manat; 20,07%) və Naxçıvan (480 milyon 308 min manat; 15,22%) iqtisadi rayonları yer alıb.










