Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
İcra başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış edib. O, 2019-cu ilin bütün respublikamızda olduğu kimi, Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb.
Qeyd edib ki, cari ilin birinci rübü bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurları artıb.
Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.
Eləcə də bax: Azərbaycanda rayon icra başçısının – SAKİNLƏRLƏ SƏMİMİ GÖRÜŞÜ
Hesabat yığıncağında Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev əmin olduğunu bildirib ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqaisədə daha böyük nailiyyətlər qazanılacaq.
İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilib.