Azərbaycanda xarici valyutada olan əmanətlər üzrə ən yüksək orta faiz dərəcələri əsasən kiçik həcmli əmanət portfelinə malik regionlarda cəmləşib.
FED.az Azərbaycan Mərkəzi Bankına bu, bankların həmin regionlarda xarici valyuta cəlb etmək üçün daha cəlbedici şərtlər təklif etdiyini göstərir.
Ümumi xarici valyuta əmanətləri üzrə ən yüksək orta faiz dərəcəsi 3,23% ilə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda cəlb olunmuş xarici valyutada əmanətlərin ümumi həcmi cəmi 40 min manat təşkil edib. İkinci yerdə 2,29%-lik orta gəlirliliklə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb ki, burada əmanətlərin həcmi 27 milyon 483 min manatdır. Siyahını Qazax-Tovuz (2,23% faizlə 9 milyon 61 min manat), Mərkəzi Aran (2,10% faizlə 9 milyon 264 min manat) və Mil-Muğan (2,06% faizlə 1 milyon 913 min manat) iqtisadi rayonları davam etdirir.
Tələbli əmanətlər (cari hesablar) üzrə respublikanın əksər regionlarında faiz dərəcəsi 0% olub. Yalnız Bakı iqtisadi rayonunda (1 milyard 754 milyon 26 min manat həcm) və ümumilikdə respublika üzrə orta göstərici 0,03% təşkil edib.
Müddətli əmanətlər (depozitlər) üzrə isə ən yüksək gəlirlilik 3,90% orta faiz dərəcəsi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda müşahidə olunur (depozitlərin həcmi cəmi 33 min manat). Naxçıvan (3,53% faizlə 2 milyon 131 min manat) və Şirvan-Salyan (3,44% faizlə 2 milyon 933 min manat) da yüksək depozit faizləri ilə seçilir.