2025-ci il üzrə Azərbaycanın rayon və şəhərlərində ticarət dövriyyəsinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iqtisadi fəallığın yüksək olduğu şəhər və rayonlarda ticarət dövriyyəsi milyardlarla manatla ölçülür.
Təqdim olunan statistikaya əsasən, 41 milyard 302 milyon 892 min manatlıq göstərici ilə Bakı şəhəri siyahıya rəhbərlik edir. Sumqayıt şəhərində bu göstərici 2 milyard 210 milyon 415 min manat, Gəncə şəhərində 1 milyard 654 milyon 330 min manat, Abşeron rayonunda isə 1 milyard 632 milyon 171 min manat təşkil edib.
Sıralamanın davamına nəzər saldıqda, Naxçıvan Muxtar Respublikasında ticarət dövriyyəsinin 1 milyard 366 milyon 340 min manat olduğunu görmək mümkündür.
Regionlar üzrə göstəricilər Lənkəran rayonunda 858 milyon 331 min manat, Şəmkir rayonunda 787 milyon 758 min manat, Quba rayonunda 765 milyon 567 min manat, Bərdə rayonunda 763 milyon 208 min manat, Xaçmaz rayonunda isə 760 milyon 398 min manat təşkil edib.











