2025-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1084 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı rəqəmlərə istinadən xəbəe veri.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 99 manat və ya 10,0% artım deməkdir.
Ən yüksək artım Xankəndi şəhərində qeydə alınıb. Belə ki, 2024-cü ilin ilk rübündə 866 manat olan orta aylıq əməkhaqqı, 2025-ci ilin eyni dövründə 1 486 manata yüksəlib. Bu isə son bir il ərzində 620 manat və ya 71,6% artım deməkdir.
İkinci yerdə Xocalı rayonu qərarlaşıb – burada orta əməkhaqqı 273 manat artaraq 745 manatdan 1 017 manata çatıb Faiz ifadəsində 36,6% artım qedə alınıb.
Kürdəmir rayonunda son bir il ərzində 134 manat və ya 22,9% artım baş verib.
Kəlbəcər rayonu 120 manat (19,2%) artımla 4-cü pillədə yer alıb.
Zəngilan rayonu – 139 manat (16,4%) artım ilə ilk beşlikdə qərarlaşıb.
Digər rayon və şəhərlərdə də nəzərəçarpacaq artımlar müşahidə olunub:
-
Zərdab rayonu – 89 manat artım (14,9%)
-
Qəbələ rayonu – 100 manat artım (14,8%)
-
Mingəçevir şəhəri – 93 manat artım (14,6%)
-
Salyan rayonu – 95 manat artım (14,2%)
-
Culfa rayonu – 86 manat artım (13,1%)
-
Füzuli rayonu – 80 manat artım (13,0%)
-
Samux rayonu – 80 manat artım (12,9%)
-
Laçın rayonu – 84 manat artım (12,9%)
-
Qusar rayonu – 81 manat artım (12,5%)
-
Abşeron rayonu – 87 manat artım (12,2%)
-
Siyəzən rayonu – 87 manat artım (12,1%)
Qeyd edək ki, Bakı şəhərində isə orta aylıq əməkhaqqı 1 357 manat olub. Bu da ötən ilin ilk rübü ilə müqayisədə 114 manat və ya 9,1% artım deməkdir.