2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında yeni açılan iş yerlərinin sayı üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi rayonlarda yeni iş yerlərinin sayı barmaqla sayılacaq qədər az olub.
Siyahının bu hissəsində Naftalan şəhəri və Ucar rayonu eyni göstərici ilə yer alıb – hər birində cəmi 14 yeni iş yeri açılıb.
Daşkəsən rayonunda bu rəqəm 12, Şahbuz rayonunda isə 11 təşkil edib.
Xızı rayonu 7 yeni iş yeri ilə siyahının sonlarında qərarlaşıb.
Ən aşağı nəticələr isə Naxçıvan Muxtar Respublikasının rayonlarında müşahidə olunub. Babək və Ordubad rayonlarında cəmi 2, Culfa və Sədərək rayonlarında isə cəmi 1 yeni iş yeri açılıb.
Siyahını hesabat dövründə heç bir yeni iş yerinin qeydə alınmadığı Kəngərli rayonu tamamlayır.










