2025-ci il üzrə işğaldan azad edilmiş ərazilərdə adambaşına düşən investisiya qoyuluşunun həcmi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu bölgələr üzrə aparılan təhlillər hər bir sakinə düşən investisiya məbləğinin yüksək olduğunu göstərir.
İşğaldan azad olunmuş ərazilər arasında adambaşına düşən investisiya məbləğinə görə 82 min 711 manatla Xankəndi şəhəri liderlik edir.
Siyahıda ikinci yeri 17 min 109 manatla Zəngilan rayonu, üçüncü yeri isə 15 min 136 manatla Şuşa rayonu tutur. Kəlbəcər rayonunda bu göstərici 13 min 864 manat, Xocavənd rayonunda 13 min 154 manat, Xocalı rayonunda isə 11 min 673 manat təşkil edib.
Adambaşına investisiya göstəricisi ilə bağlı siyahının növbəti pillələrində Ağdərə rayonu 6 min 584 manatla, Qubadlı rayonu 6 min 424 manatla, Laçın rayonu 5 min 907 manatla, Cəbrayıl rayonu isə 5 min 59 manatla qərarlaşıb.
İşğaldan azad edilmiş bölgələrin adambaşına investisiya siyahısında Ağdam rayonunda bu məbləğ 4 min 307 manata, Füzuli rayonunda isə 2 min 83 manata bərabərdir.











