2025-ci il üzrə ölkənin bir sıra rayon və şəhərlərində adambaşına düşən investisiya qoyuluşunun həcmi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhali sayı ilə müqayisədə investisiya axınının daha intensiv olduğu yaşayış məntəqələri reytinqdə ön sıralarda qərarlaşıb.
Təqdim olunan statistikaya əsasən, adambaşına düşən investisiya göstəricisinə görə siyahıya 3 315 manatla Şirvan şəhəri rəhbərlik edir.
İkinci pillədə 2 150 manatlıq nəticə ilə Mingəçevir şəhəri, üçüncü pillədə isə 2 140 manat göstərici ilə Hacıqabul rayonu qərarlaşıb.
Gəncə şəhərində bu rəqəm 1 552 manat, İsmayıllı rayonunda 1 455 manat, Astara rayonunda isə 1 301 manat təşkil edib.
Sıralamanın davamında Daşkəsən rayonunda adambaşına 1 255 manatlıq investisiya düşdüyü qeyd olunur.
İlk onluğu müvafiq olaraq 1 166 manatla Ağsu rayonu, 1 012 manatla Ağdaş rayonu və 858 manatlıq göstərici ilə Qəbələ rayonu tamamlayır.











