Azərbaycanın ən gənc lizinq şirkətlərindən biri olan “BTB leasing” 2018-ci ilin ilk yarımilini mənfəətlə başa vurub. Üstəlik, şirkətin lizinq portfeli 2 dəfədən çox artıb.
FED.az “BTB leasing”in ilk 6 ay üzrə hesabatlarına istinadən xəbər verir ki, BOKT-un bu ilin ilk yarımili üzrə əsas əməliyyat gəlirləri 360 848 min manat olub. Sair əməliyyat gəlirləri isə 63 612 min manat, sair əməliyyat xərcləri 264 210 min təşkil edib. Əməliyyat mənfəəti 123 539 min manat təşkil edib. Yekunda, hesabat dövründə xalis mənfəət 98 831 min manat olub.
Eləcədə bax: Məşhur sığorta şirkəti zərər açıqladı – YARIMİLLİK HESABAT
Xatırladaq ki, şirkət 2017-ci ilin ortalarından fəaliyyətə başlayıb və hemin ili də 22 365 min manat mənfəətlə başa vurmağı bacarıb.
FED.az “BTB leasing” –in “Balans” hesabatına əsasən xəbər verir ki, bu ilin ilk yarımilində cəmi aktivlər 4 773,9 mln manat olub. Cəmi kapital isə 151 196 min manat təşkil edib. Lizinq portfeli ilin əvvəlinə nəzərən 2.2 dəfə artaraq 4 696,9 mln manata çatıb. Problemli kreditlərin xüsusi çəkisi 2018-ci ilin ilk yarımilində 3-5% olub.
Qeyd edək ki, “BTB leasing”in əsas partnyoru eyni adlı – BTB Bankdır. Lizing şirkəti vəsaiti Bank BTB-dən əldə edir.
“BTB leasing”dən FED.az-a verilən məlumata görə, hazırda şirkətin lizinq portfelinin böyük hissəsi minik avtomobillərinini payına düşür – təqribən 90%. Gələcəkdə isə şirkət kənd təsərrfatı texnikasının lizinqini genişləndirmək niyyətindədir.
"BTB leasingi"-in yarımillik hesabatına buradan baxmaq olar
“Dünən yaranıb”, bu gün mənfəətdədir - YARIMİLLİK HESABAT
08:32
27 Avq 2018