“Standart İnsurance” 2018-ci ilin ilk yarımilin zərərlə başa vurub.
FED.az Standart İnsurance-nin “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin 2018-ci ilin ilk yarımili üçün əsas əməliyyat gəlirləri 4 563,06 mln manat olub ki, bu məbləğində 4 484,1 mln manatı birbaşa sığorta haqlarının payına düşür.
Eləcədə bax:“Dünən yaranıb”, bu gün mənfəətdədir - YARIMİLLİK HESABAT
Əsas əməliyyat xərcləri isə 2 572,8 mln manat olub. Sığorta ödənişlərinin məbləği isə 1 607,05 mln manat təşkil edib. Sonda cəmi xərclər 5 266,4 mln manat olub. Şirkət yekunda yarımili 374 625 min manat zərərlə başa vurub.
Xatırladaq ki, şirkət 2017-ci ili 863 min manat mənfəətlə başa vurmuşdu.
FED.az “Standart İnsurance”-in “Balans” hesabatına əsasən cəmi aktivlərin məbləği 2018-ci ilin ilk yarımilində ilin əvvəlinə nisbətən 6,2% azalaraq 14 369,1 mln manata enib. Cəmi kapital isə 5,9% azalaraq 5 905,9 mln manat olub. Cəmi kapital və öhdəliklər ilin əvvəlinə 15 326,3 mln manat olduğu halda 2018-ci ilin ilk yarımilində 14 369,1 mln manat olub .
“Standart İnsurance”-in 2018-ci ilin yarım illik hesabatına buradan baxmaq olar.
Məşhur sığorta şirkəti zərər açıqladı – YARIMİLLİK HESABAT
08:22
27 Avq 2018