Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə kredit portfeli 20 milyon manatdan çox olub.
Eləcə də bax: BOKT «İnkişaf Üçün Maliyyə» - MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az xəbər verir ki, bunlar “Aqrarkredit” (83,958 milyon manat), “FİNKA Azərbaycan” (29,065 milyon manat), “Embafinans” (26,002 milyon manat), “Finoko” (23,096 milyon manat) və “Para” (22,999 milyon manat) BOKT-lardır.
Qalan 51 BOKT-dan 7-nin kredit portfeli 10-20 milyon manat arasında, 21 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 12 BOKT-un kredit portfeli isə 1 milyon manatdan azdır.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 10 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” kredit portfelinin məbləğini açıqlamayıb. (Renkinq)