BOKT «İnkişaf Üçün Maliyyə» MMC 2022-ci ilin ilk 6 ayı üzrə idarəetmə hesabatını açıqlayıb.
Azərbaycan BOKT-ları I yarımildə 14 milyon manat - Xalis Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, ilk yarım ilin nəticələrinə görə, BOKT-un aktivləri 8 milyfon 141,4 min manat təşkil edib. Şirkətin kredit portfeli isə 8 milyon 111,8 min manatı fiziki şəxslərə verilən kreditlərdir.
Hesabat dövründə BOKT-un öhdəlikləri isə 2 milyon 452 min manat təşkil edib. Bunun böyük hissəsi – 1 milyon 868 min manatı Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliklərdir.
BOKT «İnkişaf Üçün Maliyyə» MMC-nin kapitalı isə 5 milyon 689 min manat olub.
İlk yarım ildə BOKT-un cəmi maliyyə gəlirləri 1 149,6 min manat təşkil edib. Bunun 1 milyon manatı kredit portfelinin təmin etdiyi faiz gəlirləri, 124,7 min manatı komissiya haqlarıdır.
Bu dövrdə şirkətin əmək haqqı xərcləri 683 min manat, inzibati xərcləri 308 min manat olub. Əvəzində kredit itkiləri üçsün ayrılan 229 min manat vəsait geri qaytarılıb.
Nəticədə dövrün sonuna şirkətin ümumii əməliyyat xərcləri 764,3 min manat olub.
Əməliyyat mənfəəti isə 385 min manat təşkil edib.
Daha 2 min manat digər gəlirlər təşkil edib. Nəticədə
BOKT «İnkişaf Üçün Maliyyə» MMC ilk yarım ili 387,5 min manat əməliyyat mənfəti ilə başa vurub.
Digər aktivlər üzrə ehtiyat xərciqni də nəzərə alanda, şirkətin yarım ildə xalis mənfəəti 431 min manat olub.