Şuşa şəhərində həyata keçirilən bir neçə layihənin tam maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb və hazırda texniki məsələlərin yekunlaşdırılması üzrə işlər aparılır.
Eləcə də bax: KOBİA: “Qarabağda biznes qurmaq üçün 900 müraciət olub”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.
Məlum olduğu kimi, Vətən müharibəsində və ondan sonrakı dövrdə bir sıra müəssisələr kimi, bir sıra banklarda da sosial məsuliyyət tədbirləri çərçivəsində şəhid ailələrinin və qazilərin banklara olan borclarının silinməsi həyata keçirilib. Bununla əlaqədar Vergi Məcəlləsində dəyişiklik layihəsində banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin ödənilməyən borcları üzrə hesablanmış faizlərin silinməsinin bankların və kredit təşkilatlarının vergitutulan gəlirlərinə aid edilməməsi, habelə həmin təşkilatlar tərəfindən bu çərçivədə silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatların gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim edilib. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.