“Qarabağa investisiya yatırılmasına maraq böyükdür, bu məsələ prioritetə çevrilib”.
Eləcə də bax: "İBF Forumunda Qarabağın biznes imkanları təşviq ediləcək"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (kobia) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.
Onun sözlərinə görə, bu günə qədər sahibkarlardan Qarabağda biznes qurmaq üçün 900 müraciət daxil olub və Agentlik onlara dəstək verrməyə hazırdır.