Şərqi Zəngəzur İqtisadi Rayonunda bu ilin 9 ayı ərzində 572 yeni iş yeri yaradılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu illik müqayisədə 411 yeni iş yeri (3,4 dəfə) çoxdur.
Ötən ilin eyni dövründə Şərqi Zəngəzur İqtisadi Rayonunda 9 ay ərzində 167 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 39-u Cəbrayılda, 19-u Kəlbəcərdə, 3-ü Qubadlıda, 515-i Laçında, 2-i Zəngilanda yaradılıb.
Bu ilin III rübündə isə 200 yeni iş yeri açılıb. Ötən ilin III rübündə isə 169 iş yeri açılmışdı. Beləliklə son bir ildə iş yerlərinin sayı 6,5 dəfə artıb
III rübdə açılmış iş yerlərinin 11-i Cəbrayılda, 1-i Qubadlıda, 187-i Laçında, 1-i Zəngilanda yaradılıb.