Qarabağ İqtisadi Rayonunda bu ilin 9 ayı ərzində 742 yeni iş yeri yaradılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu illik müqayisədə 79 yeni iş yeri (11,9%) çoxdur.
Ötən ilin eyni dövründə Qarabağ İqtisadi Rayonunda 9 ay ərzində 663 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 105-i Ağcabədidə, 64-ü Ağdamda, 63-ü Bərdədə, 34-ü Füzulidə, 5-i Xocalıda, 46-sı Xocavənddə, 262-si Şuşada, 163-ü Tərtərdə yaradılıb.
Bu ilin III rübündə isə 269 yeni iş yeri açılıb. Ötən ilin III rübündə isə 329 iş yeri açılmışdı.
III rübdə açılmış iş yerlərinin 37-si Ağcabədidə, 46-sı Ağdamda, 10-u Bərdədə, 21-i Füzulidə, 14-ü Xocavənddə, 85-i Şuşada, 56-sı Tərtərdə yaradılıb.